Reklam verin!
 sətirlərin maviliyində :

RSS: Yazılar



-----

İyun 28, 2009 9:31, Bölməsiz, arastu, Şərhlər(0)

 

 -  insanın biri insan

 =  insan özünsən

      iki kəpənək dalaşırdı     !

 
Baxış sayı: 5
Açar sözlər:

şehli güzgülər

İyun 3, 2009 14:34, Bölməsiz, arastu, Şərhlər(2)

Sızmasa barmaqlarıma qadan əlim qələm tuturmu heç  , və yazılırmı döyüntülərim . olmazsan , qapıda hətta hürməz köpəklərim və qışım qarlamaz . uzun zaman susar cibdə telefonum və pozular sinirlərim . olmursan ki , inansana yatağım xəstə xanalara köçür , tutar ürəyim , anam ağlar ! o zaman , buz bağlamazmı pəncərələrim və ampullar sökməzmi damarlarımı !... ancaq çalışıram ki inanım . inanım ki durnalar qayıdacaqlar və tüfənglərin lüləsində hörümcəklər tor atacaqlar . bollu güləcəyik və şehli güzgülərdə çəkdiyin körpülər bizə yol verəcək . adını xiyabanlara deyil planetlərə qoyacaqlar . sən olacaqsan  və yazılacaq döyüntülərim və tutacaq əlim qələm və telefonum çağıracaq məni . göm göy qarqılar kimi rəqs edən dalğalı əllərin , qar boyalı qu kimi qonacaq çiyinlərimə . sən varsan ! elə bütün mövsümlərin dəyişikliyində  və qapıda hürən köpəklərin sevincində . Sənə nələr yazardım keşkə bəstəkar olsaydım . sənə nə heykəllər yapardım keşkə bacarsaydım .e…y fırtınaları telinə taxan qız , qasırğalara yoldaş olan şafaq ; səni yoluna sərilən bu yorğun əllər gözləyir . birgə adladığımız o qumlu sahilləri indi birər – birər dolaşıram sənsiz . necə yaşaram  param parça , olmazsan əyər … 
Baxış sayı: 33
Açar sözlər:

...

Aprel 28, 2009 14:40, Bölməsiz, arastu, Şərhlər(0)

 

 səslənsənəm

           ay  naz !

qara laklı dırnaqların

               hankı çiyinlərə yaslıdır

bağır  o

ağ kifində kimin itgin meyidini daşıyırsan !

boynında kı zəncirmi

hansı qərinənin türmə badağıdır!

və səndə o tana ,

       hankı qara quldan danışır !

ay  naz !

      yolda avariya ölüsü vardı ;

çadranı

üzərinə çəkir -

               gəlibsənmi ?

qorxunu neylədin

rəngin hara qaçıb

bağır ay  naz !

partladı ürəyimiz ...

 
Baxış sayı: 39
Açar sözlər:

Sevgi

Aprel 15, 2009 23:08, Bölməsiz, arastu, Şərhlər(1)

 

çatışmamazlıqdır sevgi .

məndə çatır ,

                     sevmirəm

sevgi  isarətdir ,

mən sevmirəm

                     və azadam   !

 
Baxış sayı: 74
Açar sözlər:

Səs

Mart 5, 2009 23:39, Bölməsiz, arastu, Şərhlər(0)

 Doldu hər yanına sıra – sıra soyuq nəfəslər kimi . duranmadı arxa pəncərənin baxdığı okeana . sərt dəmir kimi daş baxışlarında ölümdən savayi bir qoxu doğmurdu . partlaq yolun yarıq – yarıq enişindən yorulmuşdu sankı . dinmədi , ancaq qışların buzladığı , ruhunun enilməzliyində dondu . yorğunca çevrilsədə bu mövsümün varaqları , qaranlığı bir qığılcımca olsada dandı . nə o və nə başından itməz sevdası , çilələrin qar uşqunu qarşısında amansız qurşunlar kimi yağmaqdan durmadı, səs dağıldı uçurumlara və açdı uzaqların və qurtarmazlıqların dan küləyi saçlarında ılıq – ılıq deyil qasırğa – qasırğa onun , mənim və sənin nəfəslərindədə .Balıq qulağılar rəng- rəng arxa pəncərənin şişəsinə düşürlər , çimərliklərin sərinliyi kimi  və bu an istini dadmaq kimi , sezmək kimi bir axın süzülür damarlara o hər an varırsa qapıdan !Getmək hələdə gözəldir ! və mən ondan , onca buludları xaltalayan gözəlliyindən qaçaraq getdim ən uzaq adaların peşincə , köpüklü ləpələrin üzərində ucalar , enər martıların bilinclərilə . suçum bütün bayraqları bir ağ bayrağa köçürmək və partlaq yolların yarıqlarını ulduzla dolmaqdı . dolmadı nə yarıq və nə bayraq ; süngü kimi yanar daşlar ötdü qırmızı göydən və depremlər ən sevdiyim şəhəri titrədilər ! nə yazıqlar kı örtüldü rəng – rəng balıq qulağıları şışəsinə düşən pəncərələr və usandı havası o evləklərin ! ılıq – ılıq deyil qasırğa – qasırğa onun , mənim və sənin nəfəslərində ...  
Baxış sayı: 65
Açar sözlər:

...

Fevral 14, 2009 23:35, Bölməsiz, arastu, Şərhlər(1)

 

 Tırasda

    sancaqlanmış

      mavi kəndirə

            rəngli paltarların ;

  biri ilə yaxından tanışam !

 
Baxış sayı: 82
Açar sözlər:

. . .

Yanvar 14, 2009 10:12, Bölməsiz, arastu, Şərhlər(1)

 

 diskindi atüşgə ;

 qopdu

             dəmir yolu altı ırmaq ,

 çörbələr çözüldülər

                            çığlıq salaraq ...

  qapıya dadanıq darğalar ,

                  xırsızca : " . . . qurtardı "  dedilər

    uzaqda bir əklil !

                         bayıldı

                             xanım anam

                                  xatın anam

 
Baxış sayı: 111
Açar sözlər:

ey insan !

Yanvar 2, 2009 15:31, Bölməsiz, arastu, Şərhlər(0)

 

 

 Bir axşam ,

" azadlıq praspekti "ndən az oyanlıq ,

" koral "barı önündə

   gözüm bir alagöz qəhbiyə* düşdü

    yaşını soruşdum : " 14 " dedi  !

  sındı qol qanadım yanıma düşdü ... 

* bu kelmenin mecburen burada işlenmesiüçün hörmetli oxuculardan üzür dileyirem!

 
Baxış sayı: 118
Açar sözlər:

...

Dekabr 17, 2008 22:45, Bölməsiz, arastu, Şərhlər(0)

 

  Qızınıram

                  sönük bir ocağa,

  üşüyürəm qızındıqca

    titrək əllərim

                      ölür məndən öncə ,

   məndə bu varlığınam

               bitmiş köküm köhüllərdə artıq

                daş süngülərin ağzına verin məni

    bir az ocaqlarıma od

    və qaytarın mənə çılpaqlığımı

    başmaqlar məni yolumdan qoyur ,

    yalın ayaqlarımı mənə verin

      utanıram ağaclardan

      torpaq baxışında nifrətə dözə bilmirəm

                                   məni qaytarın köhüllərə

       alınmır , saxta varlığım anlaşılmır ,

        səmavi ola bilmirəm

        məni yerə qaytarın !

 
Baxış sayı: 109
Açar sözlər:

Boşalmış dayanacaqlr

Dekabr 10, 2008 22:26, Bölməsiz, arastu, Şərhlər(0)

Geriyə dönür bir anda belə baxmaq istəmirəm . geridə yadimdan çıxarılmışları belə birdə yenilətmək istəmirəm . bu nostalji onca dağıdıcıdır kı , bir anlıq yad etməyi belə qorxudur duyğularımı . yaxın yaxud uzaq keçmiş, tamam nakam! Nə bir mahnı nə şeir . bilmirəm ! ancaq neyləçək olar ! hər payızın bu soyuq sonları bütün sakitliyimə toxunur və surukləyir məni ən uçurumlu tutqunluqlara doğru .ruhumu bütün son nəfəslərin dönməz dəhşətləri sarır . geriyə dönür baxmaq istəməsəmdə , mənim dağınıqlığım tarixin lal yarpaqlarını birər – birər çevirir və dağılır qırmızı sətirlərinə . onlar kimləridilər ? bu gecikmiş sorğu dayima içimdə fırtılaşan bir səsə necədə ağırlıq eləyir və zəhərli söngü kimi səssizcəsinə ötür varlığımdan . onları tanımasamda , sanıram dolanbadolan küçələrdə və daşşənəkli alanlarda yenilik partlayışlı səslərinə taniğam və öylədir ki elə bil ruhlarının çılpaqlığını görürəm .titrək olsaydıda bu körpülər ! yatmaz dalğaların üzərindən keçirəcəkdir mavi qatarı . ancaq nə yazıq ki dayanacaqlar boşalmışdı hər bir çırprntıdan və itmişdi doğma hayatın çılğın nəğmələri ! indi sakitliyimə toxunsalarda bu payızlar , hər an yad edirkən o gözəlliyə açılan səhərləri , azacıq olsalar belə ağır qaranlıqda bir sayrışan işıq olurlar yollarıma və təpər olurlar düşüncələrimə .belə dir ki hər il məğrurcasına o itirilmiş şəhərin bütün xiyabanlarını ayağımdan keçirirəm ürəyimi taxır bir budaq qərənfil üzərinə buraxıram o keçici xoşbəxtliyin itmiş dərvazəsinə və baş əyirəm daşqalaq olmuş məktəblərinin qarşısında . geridı yadımdan çıxarılmışları yadıma salmaq necə ağır olsada , azı , kanservatoriyaya dəyən bütün qurşunlarını köksimə basmaq istəyirəm , piyanolarına dəyməsin və mahnıları sınmasın deyə ! 
Baxış sayı: 91
Açar sözlər:

  Yazılar cəmi: 40    Sonrakı səhifə »