çilələr qafanı titrətməzsə
Qızcığazını itirmiş gəlincək arzusu kimi , damlaya belə həsrət duzlaqların arzusuna vardım , şirin anlar hopdu xulyalarıma . hər yanını su sarmış ada gördüm , tərk edilmiş gəminin , şüurundakı ləpələrə daldığını və uzaqlarda sınmağa gedən yekəlmiş qızcığazı gördüm əlləri dolu balıq qulağı , o duzlağı sığallayırdı ! Qolay deyil sınmaq , adına keçməzsə güzgülər onu ! qolay deyil görmək , darlıq sınmadan baxışlarının arxasında ! getməkdə bu kimi bir devrilmək , ayaqlarınla doğulan qandalları əzmək qolay deyil , quların uçuş himni yoxsa əzbərində ! dura – dura süzmək və uzaqları keçirmək əsəblərindən ! bu polad sinirlərdən nə ucqarlar ötmüş və nə sınmalar ki hər biri bir sevda qədər güzgü ! mən sevdamı duvarlar arası deyil sonsuzluğa buraxdım. O mənə anlatdı kı çəpərlər mahnadırlar və ruhumuz azad . mənim dadlı sevdam böylə boyaqlı ! ağ deyil , qara deyil düz , günlərin qaçmış rəngi kimi nəğməli .çılpaq düşüncələrinə , daşların ortasında roman yazıram , sözcüklər yetmir . yerin yüzinci qatıdır nə nepton nə poloton nə şeh və nə başqaları , yalnız sən və birdə ki mən . sonsuzluğun rəsmini çəkirəm heç bir yardım gözləmədən heç bir qələmə sarılmadan . yer boyda daşlar arasında dağınığam . burası haradır ! nə soyuq nə isti , düz bizimlə duyğusuz "canlı"ların arası kimi , yəni inkar ! qolay deyil inkar ,azad deyilsə inamın . gülmək qolay deyil və qəh – qəh çəkmək , çilələr qafanı titrətməzsə .düşüncələrinin ən incə qatlarındayam və roman yazıram hıçqırıqlar boğazımdaykən bilirəm ki ağlamamaqda qolay deyil . susuram , sulardan və jurnallardan öyrəndim ki hayatın ruhu sənsən ! və dayanmadan axtarılırsan bütün itən kitabların musiqisində . . .
Baxış sayı: 175
Açar sözlər:


Salam qardaş
necəsiniz? blogınız dedikcə gözəldi və yazılarınız ozumali. Fars demişkən (Harf nadare)
sizə sualınız barədə təklifib bu ola bilər ki siz şerlərinizi əvvəlcə word programında yazın sonra elə hər necə var copy paste edin NotePad programına və sonra gətirin Azəri blogın editoriyasına. və əgər lazim olsa burda dəyişiklər edin.
uğurlar
Fevral 24, 2008 9:21
bääy sizin mäsälän yer boyda dashlar arasinda dagnigam vä ya ach penjäräni bashima hava gäldi va belä chugli bashga uräymi ogshadi.doli sevgilär
Fevral 24, 2008 14:07
salam qardash sene ugurlar
Mart 6, 2008 14:33