ilqar
Durmadan , ürkəkcəsinə baxdı və keçdi o nargiləm . yadırğamışdı sankı araz adalarında qaçaqcasına bağladığımız ilqarı .o zaman kı , fırtınaları xaltalıyan baxışları , qurtuluşuma yol oldu ! işkəncələrim artsada , sönməsədə belə bir qığılcım bu varlığıma düşən oddan, yenə düşüncəsindən çəkdiyim tutumlu çaxırsız keçmədi hayatım , yaddaşımda varkən tükənməzliyə doğru yönələn düşlərindən cizgi , mən ruhu açıq və əlləri azad sevməyinə davam etdim . kükrədim sevgisilə zaman – zaman , və son ad günümədək , mövsümlər adladım kı soyuqları, istiləri arba! Çilələri , fərəhləri tən ! ardınca boylandım , sıxıntılarım daşaraq ! durmadan keçib yaralarımdan ötən o nargiləmin arxasınca hələ heç vaxt eşidilməyən son bəstələrimi uladım : sən ucalıqsan ! bu çartlaq yolların üzərindən keçir o ipəkliyini və qıyma romansızlığına bu quraqlıqların .unudmakı sıninlə biz yalmanını qasırğalara savırdıq atlarımızın və yaraqlarımızı özgür ulduzların budaqlarından asdıq . nazlım ! indi hər şey çatarıncadır ! ancaq heç yerin dolmur ! yadırğama kı arazbasarda səninlə ölüm – dirim ilqarı bağlamışıq və bizə , qumlarına şeir yazdığımız adalar tanıq olmuş ! Donuxmuş gözlərimlə sarılmışdım köçən həyəcanlarıma . durdum yuxudan . . . dalğın – dalğın düz süngü kimi işlədi köksümə . unudmamışam dedi . ilqarım , zamandan üstə götürdü ürəyimi, büsbütün tuzaqları qırılmış gördüm . uzaqların , arzularıma sığal çəkən ölkəsinə doğru...
Baxış sayı: 143
Açar sözlər:

