Reklam verin!
 sətirlərin maviliyində : Pozdum tamam cizgiləri

RSS: Yazılar



Pozdum tamam cizgiləri

Mart 14, 2008 21:14, Bölməsiz, arastu, Şərhlər(0)

                                                                                                                                     

                1  

.  .  .  sənə inanmasaydım mənə uzaqlardakı mirvarilər inanarmıydı ! sənə yanmasaydım , günlərimin bu tutqun qarşısında sönük ümüdlərim yanarmıydı ! bunu bütün əfsanəvi anılarımızda bilirlər . dolaşırkən yad ölkələri belə , səndən sənə yazdım dayima , və yazdıqlarımı savurdum tanıdığım və tanımadığım hündürlərin duyğularına . məndən olsaydı rəsmini bütün yolların başlanqıcından asardım , və qurtuluş iyli səsini bütün mahnı eşidməyən qulaqlara bağlardım tana kimi ! ancaq yazıqlar !biz haradan başlamalidıq səhərlərə varmadan və hələ önümüzdə itən yaşsız mövsümlərin dadılmayan sevgisində acılar varkən ! bilməmişdik qarşımıza saysız uçurumlar bitəcək və elə olacaq ki uçarların sözündən çıxacaq yasəmənlər !                                          

                       

                       2

 . . .  necə yaza bilirdim mən , sən öyrətməsəydin ! necə oxuya bilirdim mən , sən mahnılanmasaydın ! belə idi ki arxalanaraq qayalanmış heykəlinə , pozdum tamam cizgiləri və keçdim sınırların hamısından , bütün adları soyunarkən , çılpaqcasına təki özünü sevdim ! indi mən ürəyi dolu inanclarla zəncirləri sökülmüş bir qurtarılmışam ! alqışlar sənin bunca mavi qaldığına ! hayat gözəl olsada , olmasada , zeytun budağı tək sevilməli olaraq qaldın və sınsanda bəzən ,düşmədin cılız düşüncələrin hərzə dərinliyinə !                                                                                                              Nazlım ! önündə başımı əymir uca tuturam ğururla , bunu mənə sənin azad varlığın öyrətdi ! sən kimsən ! yer üzündə ən sadə bir insan , o tanrı kı heç vaxt kimsəyə varlığını sevdirmədi və əlini öpdürmədi . . .                                                  

Baxış sayı: 147
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha