Və baharım böyləsinə . . .
Bahar gəldi ancaq amanım yox , qərarım yox , ruzgarlara sarılar ürəyim deyil yerində , ətəyim boş , vaxtım boş ! bahar gəldi ancaq nə qaranquş nə nəğmə , baxçalarım buraxılmış , güldanlarım boş və xəyallarım uzaqlarda hələdə itgin , hələdə sürgün ! nə dayanacağım nə qatarım nə gələnim yox! Yazılarımın yazğısına dalmışam , qalıq məktublarıma və içində oxunulmamış misralara ! mən nədən bu uçurumları adlamadım , və ötmədim bu boş vərəqlərdən ! ürəyim açılmaz qapılarım kimi , madam ki , yeni havalar dolmayıb başıma və ötməyib gözlərimdən yaşıl çıraqlar ! bahar gəldi ancaq qopmaz sətirlərimdən əski tikanlar və gülməz qarşımda kı tabloda tütək çalan qızcığaz və süzməz irmağında kı qayiq ! amanım yox , qərarım yox , tutuşar bitmək bilməyən yaralarımda sevda , və baharım böyləsinə tükənər . . . Ruhumdan limanlar keçir , getmək , getmək , uzaqlaşmaq və okyanların və buzlaq adaların sukutunda sevişmək ! ey hey uzaqlara uçan uçaqlar , ey hey qurtarılmış yurdlara əsən qanadlar , darıxıram ! darıxıram bir tumurcuq bilə vurmayan diyvarlarında , damlarında bu şəhərin , darıxıram tarsız salonlarında ! rəngsiz qaldırımlarında ! biri varmı əllərimi senfonilərə tapşırsın !
Baxış sayı: 134
Açar sözlər:

