Reklam verin!
 sətirlərin maviliyində : Diyvarlardan o yana

RSS: Yazılar



Diyvarlardan o yana

Aprel 7, 2008 0:10, Bölməsiz, arastu, Şərhlər(0)

                                       

Uzun bir yola düşmüşəm . qızmar sözcüklər dodağımda gülüşləri məşq edirlər. Sevincə hazırlaşıram . çatacayam . indi sarı körpüləri hər zamandan artıq sevirəm . ruhum kantın ağlından ruhum kantın düşünərliyindən ötür , hər nəyə inanmıram daha . təkcə düşdüyüm boyasız yola və birdə bəstəkar dostumun kimsə üçün hələ çalmamış melodilərinə inanıram . mən , və yazıram kı yazlaşım ! notsuz yaşasamda və qırmızı uzaqların qoxusunu eşidməsəmdə , yenə tutuşuram ! alqış " ceyn feridmən " - ə ! ,bayanlı sətirlərinə və köksünün sönməz döyüntülərinə alqış ! mən ondan öyrəndim ki heç nə bilmirmişəm hələ , əkilməyən şumları oxuyarkən və qarqalar , oyuqları yatan tarlaları aralarında paylaşarkən . göylüklərlə danışmışam , beynimin qalıqlarını diyvarlardan o yana basdıracayam və yüngülcəsinə ötəcəyəm sevdiyim körpülərin üzərindən . neynirəm tavansız sığınacaqları , neynirəm çəpərli almalıqları  . . . dayanmışam onu ilk kəz gördüyüm dayanacaqda , bəlkə yenə yaşıl tramvayla gəldi ! onu yad edirkən söz inamdan , söz körpüdən və söz almadan düşür ! səssiz bir sevdalı səhər melodilər dalğalanarkən körpülərdən ötür , azad almalıqlara çatacağıma , məhz  inanıram                                                                            


Baxış sayı: 123
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha