Reklam verin!
 sətirlərin maviliyində : Fəryadıma hoparkən

RSS: Yazılar



Fəryadıma hoparkən

May 3, 2008 13:41, Bölməsiz, arastu, Şərhlər(0)

Taxıldım adınla əngin ruzgarların əsiminə , düşdüm uzaqlarda rəsmini çəkən çaxışlı şafaqların arxasınca . acılarımda bölük – bölük titrək duzluqların və dinməzcə ağlımdan ötərkən alovların , mən dayanmadım .                                                                              Nəqədər ki durur çarpınmalarım və nəqədər ki bu enişsiz yolların ağlında diridir xatirəm , rənglərim atmazdır və alladıcı ılğımların peşinə enməyəcəkdir varlığım . ax ! səninlə nə uzun zamanlar əyilməz üsyançı hayatı yaşamışıq və qara dustaqların sərt dəmirliyini əzmişik inanclarımızla . alqış ayaqdan düşməz dostluğuna və səlam tükənməz sevdana nazlım . yad edirkən qurtarmazlığını , keçirəm illərin , qərinələrin bitəcəkliyindən və çayırlaşıram axarlığının boyunca . ax mənim parlaq gövhərim ! bu , banı çökmüş şəhərin qorxunc yuxularında səninlə nə çataq yaraları yaşamışıq və necə toxdamışıq neçə - neçə çilələri belə . nə deyim ! daha nələri bağırım ! o köksün dolu gizlə və o düşüncən dolu düşlə fəryadıma hoparkən . səninlə bərabər oxuduğumuz himnlər , bərabər yağdığımız şeyirlər , hamısı can hamısı həyəcan kimi qalxar beynimdə və hər zaman tutuşar acıların bölük – bölük ləpələnərkən məndə ax ! mənim buzlu səhərim . . .                                                     

Baxış sayı: 108
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha