Reklam verin!
 sətirlərin maviliyində : Səni tapmazkən

RSS: Yazılar



Səni tapmazkən

May 20, 2008 23:11, Bölməsiz, arastu, Şərhlər(1)

 1 

onu əllərindən qabaq yaratdilar və dilindəndə qabaq , ürəyi boyda yaratdılar , səbəb nə idi ! onca qazamatlar , onca dustaqlar , və hələ heç vaxt yayı , bərabəri olmayan sevda yolçusu . bu həyat nədir ! bu kəramət nə ! yanmazdan səfasına varmaq qadağa . bilməzdən sədasına dalmaq mahal . bilmək və bilmək və bilmək . sinirlərilə sevdi . düşmədən ayaqlara və ölmədən yoxluqlara , qopdu bir səhər qaralıqlardan və qasırğalar peşində getdi . o bilərəkdən getdi və sınmaq istəmədi qara dalğaların kirli köpüklərində .  qaliba həyatda məhv olmayan bir şeylər var , və sınmayan yollar kı hər biri  keçilməzcəsinə sərt . onu özündən öncə yaratdılar . . .                                     

2

aman zamansızlığım aman gumansızlığım ! səni     heyrət alanlarında tapdım . onda kı donmuşdu qaralmış qanı səhərin , səni özləməzkən . onda kı sönmüşdü atəşi mavi tonqalların uzaqlarda yuvarlanaraq səni tapmazkən . mənəm , yaralı mövsümlərin keçidində sızıldar sırtı yanana kimi  və yaşmaqlanar barış röyası güllələnən ana kimi , ulayar ürək yatana kimi ! aman qolbaqları qana batmış ziyba ! sənə dəyən qurşun mənim gözlərimə dəyeydi kaş ! sənə çəkilən tətiki köksümə təpeydim kaş ! səndən sonra əllərim  nədən sınmadı , səndən sonra nəfəsim  nədən kəsilmədi aman , aman , aman mənim amansızlığım . . .      

 

 



Baxış sayı: 108
Açar sözlər:
Bookmark and Share

1
behruz sediq yazıb:

salam sevimly yoldash sene ugurlar

May 30, 2008 12:05


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha