Mən inandım kı . . .
Körpüləri arxamca sındıra – sındıra gəlirəm , daha geriyə dönür baxmaq bilə istəmirəm . hər nə olur olsun , qarşıya doğru baxışlarımı itiltmişəm , yarır adlamaq istəyirəm hər nə ki qarşıya yürüməyə qoymur məni . içimdə doğu yanlışları , doğu baxışları birər – birər soysada yeni , tər qabığımı yenə dayanamam . içimdə oturmayacaq bir çevriliş var . susuz dənizlərin arxasınca gedəcəyəm , bilirəm günəş mənə əsməyəcək , külək mənə şaxmıyacaq və mənə kimsə fəsilsiz illərin yerini göstərməyəcək . Buraxdım özümü başına , göylüm nə istəsə eləyəcək . ağlımdan bir şey çıxmadı ! qoy məni başı daşlı saysın qısa uçuşlu insanlar . qoy illərlə , on illərlə " gəbər" – im senlərdə oxunulmayan bəstələrimin qadağalığında , ancaq yanım əgər bir an yaşasam geridə . mənim keçmişim yoxdur . mən tanımıram qılıncı , gücü ,qəhrəmanları . dirilik irilikdir və belədir ki diri bağırtılarımla qçaqçılarla qucaqlaşan polislərə qızdım! Ölüm olsun ölümlərə ! mən dayana bilirdim əgər tanıq olmasaydım yağmursuz bozqurların yanıqlığına . mən yaşaya bilərdim böylə əgər aya basılan insan ləpirlərini görməsəydim . mən inandım kı hayat onun uğrunda canına qıymayanlarındır və bununlada sındırdım arxamdakı bütün körpüləri . indi , hər yağmur duasi üçün çöllərə gedərkən, çətrimi unudmuram . . .
Baxış sayı: 92
Açar sözlər:


Hörmətli Ərəstu cənablari!
Blogınızın heyran edici gözəlliyi qarşısında dayana bilməyib sizdən izin amladan öz dost bloglarim sırasına aldım.
Dəfələrlə yaşil yurdunuza daha doğrusu yurdumuza yolum düşsədə ləyaqətsizliyimdən asılı olaraq qulluğuna çata bilməsəmdə bir an da olsun sən və sənin kimilər mənim pərişan ürəyimdən çixmamişsınız.
Hörmətlə.....Rza
İyun 23, 2008 17:14