Reklam verin!
 sətirlərin maviliyində : Üzərimdən ötəcək . . .

RSS: Yazılar



Üzərimdən ötəcək . . .

İyul 4, 2008 12:31, Bölməsiz, arastu, Şərhlər(0)

 Gecəyəm , saat onbirəm ,yazmağa könüllü gəldim ! gəldim ki əlimdən dəng olan anıların ardına varım . yasaqlara baxmadan yasalara arxa çevirdim . pozdum sönük qasırğaların adını çöllərdən və arzusu bollu bu şəhərə dönən qatarlara yalvardım kı yüklərinə bir az qar tamı səpsinlər , yoxsa anlamaq ağır bu çatlı yolları, bu anlamı qavramaq ağır . sarsılır ruh , xulyaları çökərsə saxta bataqlıqlara . düzdür , hər nə öz boynumadır bu cəhənnəm qoxulu otaqlarda , küçələrdə və kağazlarda , mən könüllüyəm. əllərimdə buraxmağa hazırladığım qələm bəlkə qərinələr öncə son rəsmini çəkə bilməyən bir rəssamın barmaq sümükləridir , bəlkə . qapamadım heç pəncərəni və güldüm hayatı yazmağa can atan içimdə ki incə divə ! gecəyəm saat naməlum , varım yox , yoxum yox , beynimdə dolaşan söz parçaları qalaq – qalaq sovrulmada .nədən danışım , üzərimdən ötəcək milyardlar ilin tufanlarından . bəli bir vaxt olacaq kı bu , itəsi sətirlərimin üstündən milyardlar il, milyardlar soyuq , isti mövsümlər keçəcək . milyardlar gün , milyardlar ay , milyardlar saat ! o zaman mən harada olacayam ! anlaya bilmirəm bunu anlaya bilməz düşüncələri və belə dir ki sarsılır başdan başa daşan ruhum xulyaları çökərkən saxta gərçəklərin bataqlıqlarında . şeir yazmağa könüllü gəldim ! kimsə günahkar deyil . bir əlimdə ağ boya , bir əlimdə nəfəs , keşgə belə olaydı ! bir əlimdə  ağ boya bir əlimdə . . . Nə iysə , yenə yanıq şəhərin dərvazalarına doğru gedirəm , dönən qatarlara yalvarmağa

 



Baxış sayı: 74
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha