Reklam verin!
 sətirlərin maviliyində : Qapıların arxasından

RSS: Yazılar



Qapıların arxasından

İyul 18, 2008 18:07, Bölməsiz, arastu, Şərhlər(0)

 

Sekorit qapı arxasından eşiyə doruram . xiyaban qırağında işıq saçlarından sığal alan sallaq söyüd budaqları üzərində iki qara kəpənək əl - ələ vermiş kimi oynaşaraq uçuşurlar . mən yumşaq bir oturacağa bataraq əllərimi başımın arxasına hörmüşəm . kuler işləyir . hava qızaraq özündən çıxsada mənə bir şey eləyə bilmir . bir uca boy nərmə nazik qız xaylağı yeni yetmə durna kimi səkir xiyabanda . yanında gendən qır qabına bənzəyən qara çadralı bir qadın hellənə - hellənə gedir .  yaxınlıqda , tikintidə işləyən sarı baş bir gənc fəhlə tulumba kimi ah çəkib , gözdən itənə dək süzür qızı arxadan . bu halda oradan ötən bir motosikletin cırhacır səsidə gənc fəhlənin poza bilmir xəyallarını . . . Cümə axşamı gün orta saat 12 dir . görəsən sorbon oniversitəsində neçədir saat ! yaxud qənari adalarındada günortadırmı görəsən . günbəgün yeniləşən qapıların arxasından eşiyə doruram . taxta lötkə düşür yadıma , qamışlıq və çevrəsində dolaşan adın bilmədiyim ağ – apbağ uçarlar . sarıbaş gənc oğlan , o taxta qayıq üzərində , nərmə naziyi oturdub yanında quşları sayır ona bir , iki , ... onbir , oni... ." Oniki oldu kərpicləri gətir daha " , çığıran bənnanın zığlı səsi güllə kimi fəhlənin qulaq pərdəsini dəlib keçir . . .

 



Baxış sayı: 70
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha