yakovos kampanellis . çevirən : ərəstu . m
yakovos kampanellis , ikinci dünya muharibəsindən sonra yunanistan ədəbi nəslinin adlım şairlərindən birisidir .
- bu şeirdə gələn avişvits - daxav - mavthavzen - belzen , dörd ölüm düşərgəsinin adıdır kı adolf hitler dövründə bütün avropada yayılmışdır . birincisi ləhistan , ikincisi almaniya , üçüncüsü otriş və sonuncusu belcikdə dururdu . sarı ulduzdan məqsəd , altı bucaqlı ulduzidı kı sarı parçadan biçirdilər və hitler rejimi yəhudiləri məcbur edirdi onu paltarlarının köksünə tiksinlər .
necədə gözəldir mənim istəklim
öz gündəlik geyimində
saçlarında kiçik bir darağla!
kimsə bilmirdi ki o bunca gözəldir .
e . . . y avişvits qızları
e . . . y daxav qızları
siz mənim gözəl istəklimi görübsinizmi ?
- ən uzun bir səfərdə onunla qarşılaşdıq ,
nə əynində paltarı
nə saçında darağı
necədə gözəldir mənim istəklim
anasının gözü , işığı
və qardaşı , başdan ayağa öpərdi onu !
kimsə bilmirdi ki o bunca gözəldir .
e . . . y mavthavzen qızları
e. . . y belzen qızları
siz mənim gözəl istəklimi görübsinizmi ?
- buzlamış bir meydanda onunla qarşılaşdıq
ağ biləngində bir nömrə
və ürəyində bir sarı ulduz .
Baxış sayı: 60
Açar sözlər:

