sən varkən
Adını
martılara öyretdim!
sesini
sakit okyanın en derinliyinde besteledim!
ve mavi ellerini
göylerin eteyine sardım!
heç durmadım ,
ve susmadım ,
sen varken böylesine mende ,
heç zaman - heç zaman
ölümlere sınmadım . . .
Baxış sayı: 139
Açar sözlər:
çilələr qafanı titrətməzsə
Qızcığazını itirmiş gəlincək arzusu kimi , damlaya belə həsrət duzlaqların arzusuna vardım , şirin anlar hopdu xulyalarıma . hər yanını su sarmış ada gördüm , tərk edilmiş gəminin , şüurundakı ləpələrə daldığını və uzaqlarda sınmağa gedən yekəlmiş qızcığazı gördüm əlləri dolu balıq qulağı , o duzlağı sığallayırdı ! Qolay deyil sınmaq , adına keçməzsə güzgülər onu ! qolay deyil görmək , darlıq sınmadan baxışlarının arxasında ! getməkdə bu kimi bir devrilmək , ayaqlarınla doğulan qandalları əzmək qolay deyil , quların uçuş himni yoxsa əzbərində ! dura – dura süzmək və uzaqları keçirmək əsəblərindən ! bu polad sinirlərdən nə ucqarlar ötmüş və nə sınmalar ki hər biri bir sevda qədər güzgü ! mən sevdamı duvarlar arası deyil sonsuzluğa buraxdım. O mənə anlatdı kı çəpərlər mahnadırlar və ruhumuz azad . mənim dadlı sevdam böylə boyaqlı ! ağ deyil , qara deyil düz , günlərin qaçmış rəngi kimi nəğməli .çılpaq düşüncələrinə , daşların ortasında roman yazıram , sözcüklər yetmir . yerin yüzinci qatıdır nə nepton nə poloton nə şeh və nə başqaları , yalnız sən və birdə ki mən . sonsuzluğun rəsmini çəkirəm heç bir yardım gözləmədən heç bir qələmə sarılmadan . yer boyda daşlar arasında dağınığam . burası haradır ! nə soyuq nə isti , düz bizimlə duyğusuz "canlı"ların arası kimi , yəni inkar ! qolay deyil inkar ,azad deyilsə inamın . gülmək qolay deyil və qəh – qəh çəkmək , çilələr qafanı titrətməzsə .düşüncələrinin ən incə qatlarındayam və roman yazıram hıçqırıqlar boğazımdaykən bilirəm ki ağlamamaqda qolay deyil . susuram , sulardan və jurnallardan öyrəndim ki hayatın ruhu sənsən ! və dayanmadan axtarılırsan bütün itən kitabların musiqisində . . .
Baxış sayı: 176
Açar sözlər:
Aç pəncərəni , başıma hava gəldi
Nəmi görən bunca ötdükdə düşüncələrimdən , tutuşar nəfəslərim . öylə ki ləpirləri onlarca mövsüm gedəməz ölülüklərimdən bilə ! nəmi görən baxmiyaraq ölumlərimə düşüncələrimi duruldur düşlərimi incəldər . o çağ badaqlar paxır bağlar beynimdə , önümdə susar xor baxışlar və qaçar xuxusu nağıllaımın xatirimdə canlanarkən o körfəz pərisi .kimmi görən o kı , hər yuxudan ayılan kimi yenə başdan sevməyə çalışaram onu . dəniz yanı , yelbasar şəhərində , titrək mayak işığıdır varlığı sanaram . onu görən itməz heç ! məni yazı masayla ürəkdən tanış edən o nazlıca ! sətirlərimə boya – boya dağılandır . məni duzlu ağrılara yoldaş edən o güzgülər soydaşı ! uzun saatlar yatmazlığımdır , yorulmazlığımdır ! pasaqlı düşüncələr yoxluğa sürgün olur o varkən və atılmır o addımlar kı sürüklər rəzalət uçurumlarına insanı, yani qurtuluş kimi bir şey .o öylə bir axım kı ürək onu döyündükcə insanlaşar ! ancaq yenə bilməm o nədir ! havamı , canmı ! nəmi görən ki bunca ötdükdə düşüncələrimdən tüklərim biz-biz durar ! başım ucalar .sevdası nə canlar yaratmış !nə gilələr yaşartmış . indi bax ! olmursa o gör nələr olmur ! o olmuyan kimi yenə " günəş yerin başına fırlanır " ! və qadınlaşmır yollaın o biri tayı . tükənər təpər məndə də , duvarlar adama gələr ! təpə Göz div olar otaqlar on suz ! . . . aç pəncərəni başıma hava gəldi
Baxış sayı: 164
Açar sözlər:
Yelkən ruhlu ...
Pərdələri kənara çəkir pəncərəni açdım . yeni qırmızı havadan doldurdum sınıq ciyarlarımı . həyat meh kimi axdı dərilərimə . indi içimdə bir əngin həyəcan var . oxumaq istəyirəm ən çətin dillərdə , zeytun yarpağı boyda bir şeir . yalnız yelkən ruhlu bir yoldaşıma . o şeir budur : otlar duvarlarda bitməz və kölgələr nəfəs çəkir .qrşıda rəqs eləyir ölüm . sən sakit ol . pəlmələrdə ağlıq var və bütün çəkilmiş rəsimlərdə zeytun . bu günüdə saysanız bəlkə min ildir ki mən pəncərələrdə ki həyəcanları yaşayıram . mənim adımı hələ qoymayıblar . mən yolam , bir dəmir yol .məni tapdaliyacaq qatarımı gözləyirəm . yeni yağmurla doldurdum ciyarlarımı . heç yandan gəlməyən mavi səs necədə gözəldir , gurultu ildırımların qorxulu səsi kimi . mən öldüm duvarsız evlərdən ötrü . boğanaq varsa , mən buzlar kimi soyuq saçmaq istəyirəm və həyat bilirəm ki bir gülpənbədir . həyat daşlar kimi gözəldir və mən zeytun yarpaqları rəngdə bir şəhər arzusundayam . gəl masam arxasında otur , ürəyim və qələmləri bir livan suya qoy . rənglər dağılacaq . mən neçə ildir ki boş – boş varaqları tərcümə eləyirəm . sevgimi qurumuş bir buğda kimi yazmadığım bir romanın arasında saxlayıram və unudmamışam kı mən şair deyiləm . mayaqsız bir dənizdə , mən yolunu azmış bir gəmiyəm . ancaq hələ pərdələri kənara çəkə bilirəm . uzaqlarda zeytun yarpağı rəngdə bir sevdam var , mən onunla bitirəm .üzərimdən qatar keçəcəkmi görən !
Baxış sayı: 134
Açar sözlər:
neçə qış öncə
Qar yağır , qar yağır ! yadıma sən və birdə ki arxa qonşunuzun evlərinin sökük tavanı düşür . bilirəm bu gündə sən qırmızı şapkanını gəzəcəksən və mavi rəngli paltovunu ! qara çəkmələrini geyir qar topu oynamağa qaçacaqsan ! yadıma qardan ötrü sevincin düşür eləcədə qardan acığı gələn çəkməsiz insanların qaşqabağı ! sıcaq və ağ boyalı kampiyuter otağımdayam , tələsirəm ki bu yazını qurtarıb veblagıma qoyum !kebariyanın " mənim dərdim dağlar qədər " mahnısına dolaşan duyğularımla pəncərədən qarlı eşigə doruram . necə sıcaq olsada otağım gözlərimin pərdəsinə , küçə də zibil kartonları cəmləyən neçə az yaşlı uşağın titrək əlləri sarılarkən donuram . . . Qar yağır qar , içimə yağır! Ağlıma sən və birdə ki o kövrək ruhunun ağ apbaq döyüntüləri düşür ! nə qədər bu dörd duvar arası isti olsada əllərimi övkələyirəm! Qar yağır qar! Bilmirəm , yadıma sən və birdə , yenicə birdən birə əldən getmiş dostumun qranit məzari düşür ! aşağıdan uçan köçəri qazlar üzərimdən ötür boranlı uzaqlarda itirlər . onların köçəbə ruhlarına dalıram yadıma daha birdə rastlaşmayacağım itmiş heykəllər düşür !gilə - gilə yağıram sönük sözcüklərə , əlimdən bir iş gəlmir və dayanmadan deyirəm ki keşgə , kipriklərimdən asılan tablodakı qızcığaz kimi kəpənəklərdən bir başa uçmağı öyrənə bilirdim və bu an sən düşürsən ay rəsmi kimi islaqlığıma ! neçə qış öncə , qırmızı şapka başında , əynində mavi paltov və ayaqlarında qara çəkmələr . yadıma gülüşlərin düşür , küçədə zibil kartonları cəmləyən uşaqlarla qartopu oynayarkən
Baxış sayı: 135
Açar sözlər:

