Reklam verin!
 sətirlərin maviliyində :

RSS: Yazılar



Nazim hikmətdən iraq !

Mart 27, 2008 14:02, Bölməsiz, arastu, Şərhlər(0)

                                     

  . . .

yaşamaq

      bir məzar kimi   

tək və hür              

və bir məzarlıq kimi

                       ,qardaşcasına          

         bu tale bizim                     

 
Baxış sayı: 131
Açar sözlər:
Bookmark and Share

Və baharım böyləsinə . . .

Mart 22, 2008 15:25, Bölməsiz, arastu, Şərhlər(0)

 

    Bahar gəldi ancaq amanım yox , qərarım yox , ruzgarlara sarılar ürəyim deyil yerində , ətəyim boş , vaxtım boş ! bahar gəldi ancaq nə qaranquş nə nəğmə , baxçalarım buraxılmış , güldanlarım boş və xəyallarım uzaqlarda hələdə itgin , hələdə sürgün ! nə dayanacağım nə qatarım nə gələnim yox! Yazılarımın yazğısına dalmışam , qalıq məktublarıma və içində oxunulmamış misralara ! mən nədən bu uçurumları adlamadım , və ötmədim bu boş vərəqlərdən ! ürəyim açılmaz qapılarım kimi , madam ki , yeni havalar dolmayıb başıma və ötməyib gözlərimdən yaşıl çıraqlar ! bahar gəldi ancaq qopmaz sətirlərimdən əski tikanlar və gülməz qarşımda kı tabloda tütək çalan qızcığaz və süzməz irmağında kı qayiq ! amanım yox , qərarım yox , tutuşar bitmək bilməyən yaralarımda sevda , və baharım böyləsinə tükənər . . .                 Ruhumdan limanlar keçir , getmək , getmək , uzaqlaşmaq və okyanların və buzlaq adaların sukutunda sevişmək ! ey hey uzaqlara uçan uçaqlar , ey hey qurtarılmış yurdlara əsən qanadlar , darıxıram ! darıxıram bir tumurcuq bilə vurmayan diyvarlarında , damlarında bu şəhərin , darıxıram tarsız salonlarında ! rəngsiz qaldırımlarında ! biri varmı əllərimi senfonilərə tapşırsın !                                                                                             
Baxış sayı: 134
Açar sözlər:
Bookmark and Share

Pozdum tamam cizgiləri

Mart 14, 2008 21:14, Bölməsiz, arastu, Şərhlər(0)

                                                                                                                                     

                1  

.  .  .  sənə inanmasaydım mənə uzaqlardakı mirvarilər inanarmıydı ! sənə yanmasaydım , günlərimin bu tutqun qarşısında sönük ümüdlərim yanarmıydı ! bunu bütün əfsanəvi anılarımızda bilirlər . dolaşırkən yad ölkələri belə , səndən sənə yazdım dayima , və yazdıqlarımı savurdum tanıdığım və tanımadığım hündürlərin duyğularına . məndən olsaydı rəsmini bütün yolların başlanqıcından asardım , və qurtuluş iyli səsini bütün mahnı eşidməyən qulaqlara bağlardım tana kimi ! ancaq yazıqlar !biz haradan başlamalidıq səhərlərə varmadan və hələ önümüzdə itən yaşsız mövsümlərin dadılmayan sevgisində acılar varkən ! bilməmişdik qarşımıza saysız uçurumlar bitəcək və elə olacaq ki uçarların sözündən çıxacaq yasəmənlər !                                          

                       

                       2

 . . .  necə yaza bilirdim mən , sən öyrətməsəydin ! necə oxuya bilirdim mən , sən mahnılanmasaydın ! belə idi ki arxalanaraq qayalanmış heykəlinə , pozdum tamam cizgiləri və keçdim sınırların hamısından , bütün adları soyunarkən , çılpaqcasına təki özünü sevdim ! indi mən ürəyi dolu inanclarla zəncirləri sökülmüş bir qurtarılmışam ! alqışlar sənin bunca mavi qaldığına ! hayat gözəl olsada , olmasada , zeytun budağı tək sevilməli olaraq qaldın və sınsanda bəzən ,düşmədin cılız düşüncələrin hərzə dərinliyinə !                                                                                                              Nazlım ! önündə başımı əymir uca tuturam ğururla , bunu mənə sənin azad varlığın öyrətdi ! sən kimsən ! yer üzündə ən sadə bir insan , o tanrı kı heç vaxt kimsəyə varlığını sevdirmədi və əlini öpdürmədi . . .                                                    
Baxış sayı: 147
Açar sözlər:
Bookmark and Share

. . . o, həmdə yoldaşımidi

Mart 7, 2008 14:57, Bölməsiz, arastu, Şərhlər(0)

 

Atlar

       otlar  

             üzərindən 

                             ötdülər   !

dırnaqlarında

                       qopar qığılcım

və qızılı yallarında

                       tufan !

. . . iti baxışlarila

               itdilər otlar düzənində ,

                lal qurşun havaya batan kimi . . .

atlar!

izləri

         ulduzların

                          gözlərində qaldı . . .

 

 
Baxış sayı: 146
Açar sözlər:
Bookmark and Share

ilqar

Mart 5, 2008 1:04, Bölməsiz, arastu, Şərhlər(0)

                    Durmadan , ürkəkcəsinə baxdı və keçdi o nargiləm . yadırğamışdı sankı araz adalarında qaçaqcasına bağladığımız ilqarı .o zaman kı , fırtınaları xaltalıyan baxışları , qurtuluşuma yol oldu ! işkəncələrim artsada , sönməsədə belə bir qığılcım bu varlığıma düşən oddan, yenə düşüncəsindən çəkdiyim tutumlu çaxırsız keçmədi hayatım , yaddaşımda varkən tükənməzliyə doğru yönələn düşlərindən cizgi , mən ruhu açıq və əlləri azad sevməyinə davam etdim . kükrədim sevgisilə zaman – zaman , və son ad günümədək , mövsümlər adladım kı soyuqları, istiləri arba! Çilələri , fərəhləri tən ! ardınca boylandım , sıxıntılarım daşaraq ! durmadan keçib yaralarımdan ötən o nargiləmin arxasınca hələ heç vaxt eşidilməyən son bəstələrimi uladım : sən ucalıqsan ! bu çartlaq yolların üzərindən keçir o ipəkliyini və qıyma  romansızlığına bu quraqlıqların .unudmakı sıninlə biz yalmanını qasırğalara savırdıq atlarımızın və yaraqlarımızı özgür ulduzların budaqlarından asdıq . nazlım ! indi hər şey çatarıncadır ! ancaq heç yerin dolmur ! yadırğama kı arazbasarda səninlə ölüm – dirim ilqarı            bağlamışıq və bizə , qumlarına şeir yazdığımız adalar tanıq olmuş ! Donuxmuş gözlərimlə sarılmışdım köçən həyəcanlarıma . durdum yuxudan . . . dalğın  – dalğın düz süngü kimi işlədi  köksümə  . unudmamışam dedi . ilqarım , zamandan üstə götürdü ürəyimi, büsbütün tuzaqları qırılmış gördüm . uzaqların , arzularıma sığal çəkən ölkəsinə doğru...                                                                                                                                   

 
Baxış sayı: 143
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 5