Reklam verin!
 sətirlərin maviliyində :

RSS: Yazılar



Uzaqlarda

Aprel 21, 2008 16:10, Bölməsiz, arastu, Şərhlər(0)

 Atdım ! badaqlar kimi dayanmışdı qurtuluşumun önündə . ona dayima durmadan getməyi vurğulasamda ancaq o bilmirdi ki mən çoxdanıydı onun gözlərindən ötmüşdüm və əllərinə batmaz qanların yuxusunu danışmışdım . o hələ bilmirdi ki burada yağmur gözəl alinanın ölümündən sonra hələ bir anlıqda olsun bu şəhərin yatağına girməyibdir . atdım ! mənə və bizə əngin göylər gərəkidi , şişələri yumaq və sonra damla – damla dustaqlığımızdan qaçmaq .  ona dayima deyirdim ki  mən bir mavi dayanacaq arxasıncayam oradan kı gedir , havayılığa çatmaq olur və ölməyi sındırmışlar orada . . .         Qurtardı ! gözünü   qırpınca səhər açılacaq və bizi oxumağa bir saniyə belə vaxt tapmayan kimsələr , nələr çəkmişik bilmiyəcəklər və qəhqəhələrilə tozlara çönmüş döyüntülərimizin üzərindən saymazca ötəcəklər və heç vaxt bilməyəcəklər ki gözəl alina adlı bir şehlər tanrısı yaşayarmış buralarda və birisi hər gün ondan bir rəsm varlığa pay çəkərmiş .    Atdım ! o mənə o çılğın gedişlərin yerini verə bilməzdi və duya bilməzdi ki dayanmaq necədə bağışlanılmaz bir suçdur .   Alatorandır , lalcasına bayan bir heykəlin qarşısında dayanmışam , qollarımda ağ qərənfillərdən əklil və bir roman əzbərimdə , sətir – sətir hayatdan duyduqlarımı oxuyuram ətəyinə . bayan bir  heykəl ! batqın gözləri uzaqlarda bir dayanacağa dikilmiş . . .                                                                                                                          

 

 
Baxış sayı: 110
Açar sözlər:
Bookmark and Share

Yetməzmi ?

Aprel 14, 2008 22:19, Bölməsiz, arastu, Şərhlər(0)

1

 yığdım ruhumu yolundan ,

  gözlemeyeceyem

2

 keçinmiş bir fidandır

  ne uma bilir yağmurdan

3

 anılarla , umudlarda

  ayağdan düşmüş

4

  bunca yetmezmi ?

                yox

                yox

                daha gerek deyil        . 

 
Baxış sayı: 132
Açar sözlər:
Bookmark and Share

Diyvarlardan o yana

Aprel 7, 2008 0:10, Bölməsiz, arastu, Şərhlər(0)

                                       

Uzun bir yola düşmüşəm . qızmar sözcüklər dodağımda gülüşləri məşq edirlər. Sevincə hazırlaşıram . çatacayam . indi sarı körpüləri hər zamandan artıq sevirəm . ruhum kantın ağlından ruhum kantın düşünərliyindən ötür , hər nəyə inanmıram daha . təkcə düşdüyüm boyasız yola və birdə bəstəkar dostumun kimsə üçün hələ çalmamış melodilərinə inanıram . mən , və yazıram kı yazlaşım ! notsuz yaşasamda və qırmızı uzaqların qoxusunu eşidməsəmdə , yenə tutuşuram ! alqış " ceyn feridmən " - ə ! ,bayanlı sətirlərinə və köksünün sönməz döyüntülərinə alqış ! mən ondan öyrəndim ki heç nə bilmirmişəm hələ , əkilməyən şumları oxuyarkən və qarqalar , oyuqları yatan tarlaları aralarında paylaşarkən . göylüklərlə danışmışam , beynimin qalıqlarını diyvarlardan o yana basdıracayam və yüngülcəsinə ötəcəyəm sevdiyim körpülərin üzərindən . neynirəm tavansız sığınacaqları , neynirəm çəpərli almalıqları  . . . dayanmışam onu ilk kəz gördüyüm dayanacaqda , bəlkə yenə yaşıl tramvayla gəldi ! onu yad edirkən söz inamdan , söz körpüdən və söz almadan düşür ! səssiz bir sevdalı səhər melodilər dalğalanarkən körpülərdən ötür , azad almalıqlara çatacağıma , məhz  inanıram                                                                            
 
Baxış sayı: 123
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 3