Səni tapmazkən
1
onu əllərindən qabaq yaratdilar və dilindəndə qabaq , ürəyi boyda yaratdılar , səbəb nə idi ! onca qazamatlar , onca dustaqlar , və hələ heç vaxt yayı , bərabəri olmayan sevda yolçusu . bu həyat nədir ! bu kəramət nə ! yanmazdan səfasına varmaq qadağa . bilməzdən sədasına dalmaq mahal . bilmək və bilmək və bilmək . sinirlərilə sevdi . düşmədən ayaqlara və ölmədən yoxluqlara , qopdu bir səhər qaralıqlardan və qasırğalar peşində getdi . o bilərəkdən getdi və sınmaq istəmədi qara dalğaların kirli köpüklərində . qaliba həyatda məhv olmayan bir şeylər var , və sınmayan yollar kı hər biri keçilməzcəsinə sərt . onu özündən öncə yaratdılar . . .
2
aman zamansızlığım aman gumansızlığım ! səni heyrət alanlarında tapdım . onda kı donmuşdu qaralmış qanı səhərin , səni özləməzkən . onda kı sönmüşdü atəşi mavi tonqalların uzaqlarda yuvarlanaraq səni tapmazkən . mənəm , yaralı mövsümlərin keçidində sızıldar sırtı yanana kimi və yaşmaqlanar barış röyası güllələnən ana kimi , ulayar ürək yatana kimi ! aman qolbaqları qana batmış ziyba ! sənə dəyən qurşun mənim gözlərimə dəyeydi kaş ! sənə çəkilən tətiki köksümə təpeydim kaş ! səndən sonra əllərim nədən sınmadı , səndən sonra nəfəsim nədən kəsilmədi aman , aman , aman mənim amansızlığım . . .
Baxış sayı: 109
Açar sözlər:
Fəryadıma hoparkən
Taxıldım adınla əngin ruzgarların əsiminə , düşdüm uzaqlarda rəsmini çəkən çaxışlı şafaqların arxasınca . acılarımda bölük – bölük titrək duzluqların və dinməzcə ağlımdan ötərkən alovların , mən dayanmadım . Nəqədər ki durur çarpınmalarım və nəqədər ki bu enişsiz yolların ağlında diridir xatirəm , rənglərim atmazdır və alladıcı ılğımların peşinə enməyəcəkdir varlığım . ax ! səninlə nə uzun zamanlar əyilməz üsyançı hayatı yaşamışıq və qara dustaqların sərt dəmirliyini əzmişik inanclarımızla . alqış ayaqdan düşməz dostluğuna və səlam tükənməz sevdana nazlım . yad edirkən qurtarmazlığını , keçirəm illərin , qərinələrin bitəcəkliyindən və çayırlaşıram axarlığının boyunca . ax mənim parlaq gövhərim ! bu , banı çökmüş şəhərin qorxunc yuxularında səninlə nə çataq yaraları yaşamışıq və necə toxdamışıq neçə - neçə çilələri belə . nə deyim ! daha nələri bağırım ! o köksün dolu gizlə və o düşüncən dolu düşlə fəryadıma hoparkən . səninlə bərabər oxuduğumuz himnlər , bərabər yağdığımız şeyirlər , hamısı can hamısı həyəcan kimi qalxar beynimdə və hər zaman tutuşar acıların bölük – bölük ləpələnərkən məndə ax ! mənim buzlu səhərim . . .
Baxış sayı: 109
Açar sözlər:

