Reklam verin!
 sətirlərin maviliyində :

RSS: Yazılar



Sən bu incəliklərinlə

Avqust 20, 2008 17:34, Bölməsiz, arastu, Şərhlər(0)

1 -   Gündüzdür yenə qaralıqdır , küçələr üzərində ayaqlarım heç yerə süzülür .tənhalığımın sərt əllərində kölə kimi dinməzəm və su kimi hopuram boşluğa .sənsizdə olur , dərd budur ! diyvar başından küçəyə boylanan qoca yas çiçəyi mənə ürək versədə , bilmirəm yenə niyə , iysini xatırlaya bilmirəm . almam ! səni , məni içimdən ayırmadığına görə sevə bilirəm ! nifrətlərimi bəyəndiyinə görə ! indi məni özgələr düşünməsədə olar , mən nifrətlərimlə tanınıram ! indi hər zamandan artıq gərəyimsən sən ! qoyma sən olmazdan yaşayım , adını yaşamaq qoyarsaq bu işkəncələrin ! 2 -    Yenə qaralıqdır , balaca otağıma dönürəm , yazımasamın üstünə dağılmış varaqlar , qələmlər , hamısında sən , hamısında sənsizlik . qarşımdakı tabloda " mona liza"nın soyuq təbəssümü və rəfdə qara -  qırmızı saysız kitablar və hayatıma dayima züy tutmuş diyvardan asılan tar ! hamısı sənə vurğun hamısı sənə dəli ! pəncərədən hava kimi varıb ruhuma dolur " görüşəcəyikmi " sözü ! yaşayıram və ittiham budur və bu cavabsızdır . xəyalın musiqidir mənə tar çalır və körpü olur uzaqlara , sonsuzluğuma .mənə sığnacaq ver ! yoxluğun önümdə bir uçurum olur , dözünülməz olur , buz kimi , od kimi . 3 -  Mən səninlə keçdim xan arazın hayat dolu ruhundan . mən səninlə keçdim arazboran urmanlarının çarpazlığından və qurtardım ! qoyma sən olmazdan yaşayım  adını yaşamaq qoyarsaq bu işkəncələrin ! sevgi qurtuluşa çatmadan günahdır! Mənə bunları sənin göydən deyil yerdən qopan aydın səsin söylədi , bunları mənə damla – damla selə dönmüş duyğuların dedi. Sən bu incəliklərinlə keçdin mənim param – parça yaralarımdan ! şeh kimi sanki bir gecə ötdün mənim diriliyimdən və mənə insanlığa bax dedin ! mən daha insalığa baxdım və bərbad olduğuma belə və böyləsineydiki yaxdım özümü bir səhər qanlı bir sevdaya ! almam ! sənsizdə olur , dərd budur ! 
Baxış sayı: 47
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 1