ərsən ərən . şeirlər
Ərsən Ərəl : şeirlər
Sözlərin tozanağı
“Papağını yan qoyursan”.
“Aşığın alçı durmuş” demək!
Realmadriddə topçu,
Sanpauloda popçu, rokçu,
Parısdə modaçı,
Lasvegasda qumarçı,
Londonda siyasətçi,
...
Bu bicliklərə
Gicliyimiz atabəy oldu.
Attila İlhan . Sən mənim heç bir şeyimsən
Sən mənim heç bir şeyimsən
Yazdıqlarımdan çox daha az
Heç kimsə misən bilmirəm nəsən
Lüzumundan artıq bəyaz
Sən mənim heçbir şeyimsən
Varlığın anlaşılmaz
(deyəsən əski liman üzərindəsən
Necə qaranlığıma bir ulduz olmaq
Dudaqlarınla şüşəyə cızdığın
ən çoxu sonbahar otellərində
Universitəli bir qız yuxusu görmək
hadi qaraçay
Hadi Qaraçay
Sayın Əlirıza Sərrafi və Səid Muğanlıya sunulur
əsgi yaz,
qoca yaz,
dədə yaz!
ulduzlu göylərim deyib durma
çiçəkli düzlərim deyib durma
aranında quzular vardı
quzuların harda
oğul doğdun
qolu bağlı
refik durbaş
Refik Durbaş
Henry James'in şair qəhrəmanı və Pirayə
Pirayə, Nazım Hekmət'in ən gözəl sevgi şeirlərini yazdığı və ən uzun sürə evli qaldığı qadındır. Sevgiləri 1933 ilindən 1950'yə qədər sürür. Şeirə maraqlı hər bir oxucu, Nazım Hekmət'in "Pirayə" ilə ilişkisini ucundan bucağından bilir. Nazım Hekmət, 13 ilini keçirdiyi həbsxanada Münəvvər Andaç ilə evləndikdən sonra Pirayə, avazını susqunluğun uçurumuna buraxacaq və ölüncəyə qədər də ilişkiləri üzərinə tək sözcük etmeyəcəkdir.
Doris lessinglə diz dizə
Doris lessinglə diz dizə
Çevirən: Hadi Qaraçay
-Sən orda otura bilərsən, mən də elə ordaca onun göstərdiyi yerdə otururam.
-bax, başlamadan öncə mənim doğru düzgün kar olduğumu bilməlisən,deməli sorğularını gözəlcəsinə bağırmalısan, aydındırmı?
Nobel ödüllü Doris Lessing Londondakı geniş, əsgi evində, pəncərə qabağındakı dinc oturacağında əyləsir.Gələn ayın içində 89 yaşını dolduracaq Lessing, 55dən çox kitab yazmışdır, bunların içində roman, şeir, öykü, bioqrafi ilə operalar yer almaqdadır.
bütün mətnini burdan oxuyun:
http://dusharge.blogfa.com/post-238.aspx
Şərif mərdi
Şərif mərdi
T |
tuyuğlar və qazi burhanəddin
"tuyuğ" lar və qazi burhanəddin
Hümmət şahbazi
"tuyuğ" şeiri türk şeirinə məxsus bir şeir qalibidir. Qafiyəli, vəznli 4 misradan oluşan və məzmunca başqa dördlüklərdən seçilən bu şeir qalibinin gözəl örnəklərini "divan_e lüğatültürk"də görürük. Bu kitabda olan örnəklər ümumiyətlə "heca" ölçusundə yazılmış. Görünüşcə 4 misrasının 1, 2, 4 misraları həmqafiyə olan bu şeir növü get gedə inkişaf edir və azərbaycan şeirində 8-ci əsrdə yazıb yaradan azərbaycanın hökmdar şairi "qazi burhanəddin"in şeirində ən əsas yer tutur. Daha doğrusu sayca az olduğuna baxmayaraq, burhanəddini "tuyuğ"lar şairi adlandırmaq olar. Onun tuyuğları keçmişdəkilərin əksinə olaraq "əruz" ölçülü və əruzun "bəhr_e rəməl" (faelaton faelaton faelat) ölçüsündə yazılmışdır.
dündən bu günə güney azərbaycan(5)
DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN (5)
Ersan erel
5- Yanlış uyqarlıq bilgiləndirmələri: İndiyə kimi uyğarlığın bir qalıba sığışdırıb, neçə tümcədə tanımlanmasını (Tərifini) kimsə verməmişdir. Acunda en geriyə qalmış toplumlarında bir uyğarlıqları olduğunu bütün toplum bilimciler savunarlar. Uyğarlıqların gəlişmə ölçümlərini, çağa uğun yaşamların yüksək bəlirtilərilə( əlamətlərilə) dəyərləndirərlər . Ancaq indiyə kimi, kimsədə tərəziyə qoyub uyğarlıqların ağırlıq, yüngüllük çəkisini verməmişdir . Bir sözlə uyqarlıqların çəkim daşları gənəl olaraq aydınlaşdırılmamışdır . Gəlişmiş, gəlişməmiş uyğarlıqların oladuğunda bütün toplum bilimcilər ortaq düşüncədə olmuşlardır .
Şərif mərdi . (Hekayə)
Şərif mərdi . (Hekayə)
Son sözünü deyib avtobasdan düşdü. Eşitmədim yoxsa qavrayışımdan uzaq idi? Nə demişdi?! Ancaq iki duraq ondan sonra duşdum. Sallanmış çiyinlərimə ağırlıq edirdi çantam. Özümə qapılmışdım. Vitrindəki kitablari görmürdü gözüm. Nədənsə dayandım. Yekə bir kitab doldurdu özün gözlərimə. Zəhləm getdi kitabdan.
hadi qaraçay. açıq məktuba saçıq məktub
Hadi Qaraçay . AÇIQ MƏKTUBA SAÇIQ MƏKTUB
"Seymur Baycan"ın son yazısına və əvvəlki yazılarına qısa şərh
Ölkəmizin polisi gör necə də biabırcasına kobudmuş. Deyirəm, bəlkə Mahmud Əhmədinejadın polisindən bizimkilərə əxlaq-etik öyrətmək üçün yardım istəyək?Axı Güney Azərbaycan yazıçılarına orada ”Türke-Xər”(Eşşək Türk) deyilə bilər, ancaq “Ə” kəsinliklə deyilməz. Özü də görünən bu “Ə” elə-belə “Ə” deyil ha!! Uzanıb harayadək gedə bilən, alçaldıcı bir “Ə Ə Ə Ə Ə Ə” dir. Yox canım, belə alçadıcı sözlər nə oranın mətbuatında gedə bilər, nə də kiminsə ağzından eşitmək olar.
Dedim-dedi formasını yorucu gordüyüm üçün və sayın editor Zahir Əzəmətin təcrubəsini bəyəndiyim üçün dialoqda Seymura qarşı olanın səsini boğdum, dediklərini də burda gətirmədim. Sizsə mənim verdiyim cavablardan onun da hansı yuvanın quşu olduğunu biləcəksiniz…
dündən bu günə güney azərbaycan(4)
DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN (4)
Ersan erel
3-Bilginlərimizin duyarsızlığı : Aydınlarımızda bir çox çağdaşları kimi duyarsız olmuş, başqa dillərin yazim egəmənliyinə güc qataraq, günümüz söz savaşlarındə qırımların yanında durmuşlardır. Güney Azerbaycanlıya insanlıq adına qurduğumuz bu qalalardan yersiz olaraq daş atılar. Bu konu çağdaş ulusalçılarımızla farsçılar arasında çox dartışılmağa nədən olmuş, eləcədə olmaqdadır. Farslar onların eləcədə ərəbcə yazan bilginlərimizi, qoçuqçularımızı özələrinə çıxmaqla bizi bacarıqsız bir ulus göstərməyə çalışarlar . Nizaminin
“ pedər bər pedər mər məra Tork bud
Ze fərzanegi hər yeki qorg bud”
saleh ətayi
SALEH ƏTAYİ
Bir çanaq ışıq tək çıpcalanır " ay "
Aydındı həsrətin ayaq yerləri
Qalaya yaxın,
Boğulan harayın çırpıntıları
Yan-yörə dalğalı
Od-alov verir yer.
Qanlı açıq qapı
Ibrahım Savalan
Ibrahım Savalan
Sevgilim telefonda mənə tar çalır
itməsin bu mahnı deyə
yayılsın büsbütün ellərə
melodisin yazır
telefon dirəyinin tellərinə qonmuş
köçmən quş
dündən bu günə güney azərbaycan(3)
DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN (3)
Ersan erel
GÜNEY AZƏRBAYCANDA ULUSAL GEÇMİŞLİK ANLAYIŞI
Güney Azerbaycanda ulusal geçmişlik anlayışı, Türk acununu bir çox başqa yerlərindən acınacaqlıdır .Əskidən orada Türk geçmişliyi deyilə bir qavramla, çox az sayda insanın tanışlığı varıdır . Bu konuyla bağlı bilgili olanlar çeşıtli nədənlərlə susurdular . Ancaq bu konunun önəmli olması, toplum içində olduğu kimi aydınlar içində də sürəkli dartışılırdı . Toplum bu konunu içində yaşadığı üçün, bilincaltı olasada irliyə götürürdü . Bu nədənlə yönətimdə boşluq yaranan kimi öz ulusal istəklərini önə sürür, üstündə dirənirdi . Güney Azərbaycan Türk toplumunun ulusal anlayışdan uzaq olmasının bir çox nədənləri varıdır .
hadi qaraçay
Hadi Qaraçay
Saraylarin qapik – quruş dilançisiydi
Bakir qızların
qolaqlarının qızıl sırğası
Və döşlərində
Şahların dodqlarından qalmış öpüş seliki .
Və indi
Dünyanın qözlərində kişnəyən
Ağ – apbağ qanadlı bir at.


