Üzərimdən ötəcək . . .
Gecəyəm , saat onbirəm ,yazmağa könüllü gəldim ! gəldim ki əlimdən dəng olan anıların ardına varım . yasaqlara baxmadan yasalara arxa çevirdim . pozdum sönük qasırğaların adını çöllərdən və arzusu bollu bu şəhərə dönən qatarlara yalvardım kı yüklərinə bir az qar tamı səpsinlər , yoxsa anlamaq ağır bu çatlı yolları, bu anlamı qavramaq ağır . sarsılır ruh , xulyaları çökərsə saxta bataqlıqlara . düzdür , hər nə öz boynumadır bu cəhənnəm qoxulu otaqlarda , küçələrdə və kağazlarda , mən könüllüyəm. əllərimdə buraxmağa hazırladığım qələm bəlkə qərinələr öncə son rəsmini çəkə bilməyən bir rəssamın barmaq sümükləridir , bəlkə . qapamadım heç pəncərəni və güldüm hayatı yazmağa can atan içimdə ki incə divə ! gecəyəm saat naməlum , varım yox , yoxum yox , beynimdə dolaşan söz parçaları qalaq – qalaq sovrulmada .nədən danışım , üzərimdən ötəcək milyardlar ilin tufanlarından . bəli bir vaxt olacaq kı bu , itəsi sətirlərimin üstündən milyardlar il, milyardlar soyuq , isti mövsümlər keçəcək . milyardlar gün , milyardlar ay , milyardlar saat ! o zaman mən harada olacayam ! anlaya bilmirəm bunu anlaya bilməz düşüncələri və belə dir ki sarsılır başdan başa daşan ruhum xulyaları çökərkən saxta gərçəklərin bataqlıqlarında . şeir yazmağa könüllü gəldim ! kimsə günahkar deyil . bir əlimdə ağ boya , bir əlimdə nəfəs , keşgə belə olaydı ! bir əlimdə ağ boya bir əlimdə . . . Nə iysə , yenə yanıq şəhərin dərvazalarına doğru gedirəm , dönən qatarlara yalvarmağa
Baxış sayı: 74
Açar sözlər:
nə yollardan keçdik . . .
. . . qırmızı ışıq arxasında
tanışdıq,
ağ cizgiler üzerinde .
qırvaq arabalar tek
zaman ötdü önümüzden . . .
ardıcıl siqnallar -
ve öylece polis fitleri !
baxmadıq ,
qırmızı ışıqlar arxasında
sevişdik . . .
ve keçilmez
ne yollardan keçdik
gözlerinin yaşıl ışığila !
Baxış sayı: 101
Açar sözlər:
Mən inandım kı . . .
Körpüləri arxamca sındıra – sındıra gəlirəm , daha geriyə dönür baxmaq bilə istəmirəm . hər nə olur olsun , qarşıya doğru baxışlarımı itiltmişəm , yarır adlamaq istəyirəm hər nə ki qarşıya yürüməyə qoymur məni . içimdə doğu yanlışları , doğu baxışları birər – birər soysada yeni , tər qabığımı yenə dayanamam . içimdə oturmayacaq bir çevriliş var . susuz dənizlərin arxasınca gedəcəyəm , bilirəm günəş mənə əsməyəcək , külək mənə şaxmıyacaq və mənə kimsə fəsilsiz illərin yerini göstərməyəcək . Buraxdım özümü başına , göylüm nə istəsə eləyəcək . ağlımdan bir şey çıxmadı ! qoy məni başı daşlı saysın qısa uçuşlu insanlar . qoy illərlə , on illərlə " gəbər" – im senlərdə oxunulmayan bəstələrimin qadağalığında , ancaq yanım əgər bir an yaşasam geridə . mənim keçmişim yoxdur . mən tanımıram qılıncı , gücü ,qəhrəmanları . dirilik irilikdir və belədir ki diri bağırtılarımla qçaqçılarla qucaqlaşan polislərə qızdım! Ölüm olsun ölümlərə ! mən dayana bilirdim əgər tanıq olmasaydım yağmursuz bozqurların yanıqlığına . mən yaşaya bilərdim böylə əgər aya basılan insan ləpirlərini görməsəydim . mən inandım kı hayat onun uğrunda canına qıymayanlarındır və bununlada sındırdım arxamdakı bütün körpüləri . indi , hər yağmur duasi üçün çöllərə gedərkən, çətrimi unudmuram . . .
Baxış sayı: 93
Açar sözlər:
doluxmasaydım . . .
of !
menim beyni qan mavi narım
of !
sevdan sırtımda ağır qamçılar qalığıdır ,
çoxdan
bitmişkende dutsaqlığım ,
yene silinmezdir bu izler .
o an , adını kı sızıldaram
volkanlaşar yene mende bunlar!
ah ! menim beyni qan mavi narım
kim ne bilir ,
herze ruhların cılızlığında daşqalaq olmasaydım
ve doluxmasaydım
qara diyvarların meyit qoxulu arxasında uzun zamanlar
indi ,
azad bir neğmekaridım
azad bir neğmekar
ve oxuyurdum . . .
Baxış sayı: 100
Açar sözlər:
Səni tapmazkən
1
onu əllərindən qabaq yaratdilar və dilindəndə qabaq , ürəyi boyda yaratdılar , səbəb nə idi ! onca qazamatlar , onca dustaqlar , və hələ heç vaxt yayı , bərabəri olmayan sevda yolçusu . bu həyat nədir ! bu kəramət nə ! yanmazdan səfasına varmaq qadağa . bilməzdən sədasına dalmaq mahal . bilmək və bilmək və bilmək . sinirlərilə sevdi . düşmədən ayaqlara və ölmədən yoxluqlara , qopdu bir səhər qaralıqlardan və qasırğalar peşində getdi . o bilərəkdən getdi və sınmaq istəmədi qara dalğaların kirli köpüklərində . qaliba həyatda məhv olmayan bir şeylər var , və sınmayan yollar kı hər biri keçilməzcəsinə sərt . onu özündən öncə yaratdılar . . .
2
aman zamansızlığım aman gumansızlığım ! səni heyrət alanlarında tapdım . onda kı donmuşdu qaralmış qanı səhərin , səni özləməzkən . onda kı sönmüşdü atəşi mavi tonqalların uzaqlarda yuvarlanaraq səni tapmazkən . mənəm , yaralı mövsümlərin keçidində sızıldar sırtı yanana kimi və yaşmaqlanar barış röyası güllələnən ana kimi , ulayar ürək yatana kimi ! aman qolbaqları qana batmış ziyba ! sənə dəyən qurşun mənim gözlərimə dəyeydi kaş ! sənə çəkilən tətiki köksümə təpeydim kaş ! səndən sonra əllərim nədən sınmadı , səndən sonra nəfəsim nədən kəsilmədi aman , aman , aman mənim amansızlığım . . .
Baxış sayı: 108
Açar sözlər:
Fəryadıma hoparkən
Taxıldım adınla əngin ruzgarların əsiminə , düşdüm uzaqlarda rəsmini çəkən çaxışlı şafaqların arxasınca . acılarımda bölük – bölük titrək duzluqların və dinməzcə ağlımdan ötərkən alovların , mən dayanmadım . Nəqədər ki durur çarpınmalarım və nəqədər ki bu enişsiz yolların ağlında diridir xatirəm , rənglərim atmazdır və alladıcı ılğımların peşinə enməyəcəkdir varlığım . ax ! səninlə nə uzun zamanlar əyilməz üsyançı hayatı yaşamışıq və qara dustaqların sərt dəmirliyini əzmişik inanclarımızla . alqış ayaqdan düşməz dostluğuna və səlam tükənməz sevdana nazlım . yad edirkən qurtarmazlığını , keçirəm illərin , qərinələrin bitəcəkliyindən və çayırlaşıram axarlığının boyunca . ax mənim parlaq gövhərim ! bu , banı çökmüş şəhərin qorxunc yuxularında səninlə nə çataq yaraları yaşamışıq və necə toxdamışıq neçə - neçə çilələri belə . nə deyim ! daha nələri bağırım ! o köksün dolu gizlə və o düşüncən dolu düşlə fəryadıma hoparkən . səninlə bərabər oxuduğumuz himnlər , bərabər yağdığımız şeyirlər , hamısı can hamısı həyəcan kimi qalxar beynimdə və hər zaman tutuşar acıların bölük – bölük ləpələnərkən məndə ax ! mənim buzlu səhərim . . .
Baxış sayı: 108
Açar sözlər:
Uzaqlarda
Atdım ! badaqlar kimi dayanmışdı qurtuluşumun önündə . ona dayima durmadan getməyi vurğulasamda ancaq o bilmirdi ki mən çoxdanıydı onun gözlərindən ötmüşdüm və əllərinə batmaz qanların yuxusunu danışmışdım . o hələ bilmirdi ki burada yağmur gözəl alinanın ölümündən sonra hələ bir anlıqda olsun bu şəhərin yatağına girməyibdir . atdım ! mənə və bizə əngin göylər gərəkidi , şişələri yumaq və sonra damla – damla dustaqlığımızdan qaçmaq . ona dayima deyirdim ki mən bir mavi dayanacaq arxasıncayam oradan kı gedir , havayılığa çatmaq olur və ölməyi sındırmışlar orada . . . Qurtardı ! gözünü qırpınca səhər açılacaq və bizi oxumağa bir saniyə belə vaxt tapmayan kimsələr , nələr çəkmişik bilmiyəcəklər və qəhqəhələrilə tozlara çönmüş döyüntülərimizin üzərindən saymazca ötəcəklər və heç vaxt bilməyəcəklər ki gözəl alina adlı bir şehlər tanrısı yaşayarmış buralarda və birisi hər gün ondan bir rəsm varlığa pay çəkərmiş . Atdım ! o mənə o çılğın gedişlərin yerini verə bilməzdi və duya bilməzdi ki dayanmaq necədə bağışlanılmaz bir suçdur . Alatorandır , lalcasına bayan bir heykəlin qarşısında dayanmışam , qollarımda ağ qərənfillərdən əklil və bir roman əzbərimdə , sətir – sətir hayatdan duyduqlarımı oxuyuram ətəyinə . bayan bir heykəl ! batqın gözləri uzaqlarda bir dayanacağa dikilmiş . . .
Baxış sayı: 110
Açar sözlər:
Yetməzmi ?
1
yığdım ruhumu yolundan ,
gözlemeyeceyem
2
keçinmiş bir fidandır
ne uma bilir yağmurdan
3
anılarla , umudlarda
ayağdan düşmüş
4
bunca yetmezmi ?
yox
yox
daha gerek deyil .
Baxış sayı: 132
Açar sözlər:
Diyvarlardan o yana
Baxış sayı: 124
Açar sözlər:
Nazim hikmətdən iraq !
. . .
yaşamaq
bir məzar kimi
tək və hür
və bir məzarlıq kimi
,qardaşcasına
bu tale bizim
Baxış sayı: 131
Açar sözlər:

